"Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!"
[Əl-Maidə, 105.]
Ibn Məsudun (r.a) rəvayətinə görə Peyğəmbər (s.a.s) demişdir: «Həqiqətən doğru danışmaq əməlisalehliyə aparır, əməlisalehlik də Cənnətə. Bir bəndə o vaxta qədər doğru danışar ki, Allah dərgahında onun adı doğru danışanlar siyahısına yazılar. Həqiqətən yalan danışmaq günaha aparır, günah da Cəhənnəmə. Bir bəndə o vaxta qədər yalan danışar ki, onun adı Allah dərgahında yalançılar siyahısına yazılar»
[Buxari, 6094.]
Tək başına dahi olmaqdansa, camaat içərisində sıradan biri ol. Camaatla ol!
"Rəbbin üçün namaz qıl və qurban kəs!" ("əl-Kövsər" surəsi, 2-ci ayə) "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür". ("əl-Ən'am" surəsi, 162-ci ayə)
Artıq Həcc ziyarətinə çox az bir vaxt qaldı. Azərbaycandan da bir çox zəvvzrların bu ziyarətə yola düşmələrini nəzərə alaraq oxucularımızın nəzərinə Həcc ziyarətinin ərkanlarından təqdim edirik. Allahdan istəyimiz budur ki, Həccə gedən müsəlman qardaş və bacılarımızı sağ-salamat bu ziyarəti ixlasla başa vurub geri qayıtmalarında onlara kömək olsun. Amin!
Ayların on ikincisi və hörmətli aylardan, "əşhurul-hurumun" ikincisi Zilhiccədir.Qaynaqlardan məlum olduğu kimi Qurban bayramı da daxil olmaqla Zilhiccə ayı, mübarək ayların ən mühimləri arasında yer almaqdadır. Əshabələrdən İbn Abbas (r.a) Peyğəmbərdən (s.a.s) bu ayla bağlı aşağıdakı hədisi nəql etmişdir:
Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir.
Sağlam bir ailə qurmaq istəyirsinizsə, ər-arvad münasibətini sağlam bir zəminə oturtmalısınız. Sağlam bir ailənin təməli ər-arvad arasındakı səmimi münasibətlə mümkündür. Uşaqların inkişafı üçün lazım olan münbit şərait yalnız belə bir ailədə ortaya çıxar. Belə bir ailə iddiasında olan tərəflərin tabe olmalı ilk qanun biri-birilərini dəyərli görmək və qəbul etmək, eyni zamanda dialoq və təsiretmə kanallarını həmişə açıq saxlamaqdır.
Gedirsən... Bu fani dünyada nə əbədidir ki, səndən də ömür boyu bizimlə qalmanı istəyək. Nə vaxtsa bitəcək bütün nemətlər kimi sən də bitib gedirsən, ey RAMAZAN! Nə həddimizə sənə dur, getmə - deyək… Hələ səndən doymadıq, doya-doya ibadətlərimizi, tövbələrimizi, dualarımızı sığdıra bilmədik sənə, bir az da qal - deyək. Həddimizmi var?